Vaxtilə “Neftçi”nin baş məşqçisi olmuş italiyalı Roberto Bordin yenidən Azərbaycana qayıda bilər.

Təcrübəli mütəxəssisin xidməti  menecerler tərəfindən “Sabah” klubuna təklif olunub. Ancaq yeni məşqçi təyinatında tələsməyən paytaxt klubu Bordinlə bərabər digər namizədləri də nəzərdən keçirir. Qeyd edək ki, Roberto Bordin 2018-2020-ci illərdə “Neftçi”nin baş məşqçisi olub.